Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

XARİCİ SİYASƏT 19 iyun 2025, 10:05
Xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anand arasında telefon danışığı aparılıb. 

XİN-dən Demokrat.az-a verilən məlumata görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Kanada xarici işlər naziri, həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. 

C.Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top