“ABŞ İsrailə dolayı yollarla dəstək versə də, münaqişədə açıq şəkildə tərəfə çevrilməyəcəksə, İranla bağlı münaqişə ya uzunmüddətli fazaya keçəcək, ya da bütün şərtlər qəbul edilmədən, İran kapitulyasiyaya uğradılmadan müharibənin dayandırılması zərurəti ortaya çıxacaq. Təbii ki, dünyadakı, xüsusilə, ABŞ-nin xarici siyasətinə kifayət qədər təsir etmək gücündə olan ABŞ-dəki yəhudi lobbisi Amerikanın münaqişəyə açıq şəkildə qoşulmasına, İrana qarşı müharibədə tərəfə çevrilməsinə çalışır. Donald Trampın son açıqlamaları göstərir ki, İranın ortaya qoyduğu mövqe, xüsusilə, “ali lider” adlandırdıqları şəxsin hələ də absurd, qərəzli, kinli, nifrətə əsaslanan, heç bir halda reallığa, İranın gücünə söykənməyən, gülünc doğuran açıqlamaları ABŞ-ni münaqişədə tərəfə çevirə biləcək faktora çevirməkdədir. Nəzərə alsaq ki, Tramp İranın məğlubiyyətlə barışması, hətta dinc nüvə proqramlarından birdəfəlik imtina edilməsini, yeni şərtlərlə barışmasını tələb edir, İranın heç bir şərt irəli sürə bilməyəcəyini səsləndirir. Belə bir şəraitdə İranın bu alçaldıcı şərtlərlə razılaşması İran dövləti və xalqı üçün bir sıra bəlalardan xilas yolu kimi görünür. Lakin bu, rejim üçün intihar kimi qiymətləndirilə bilər. Buna görə də nə Xamenei, nə də onun ətrafındakı rejimin formalaşmasında və ayaqda qalmasında ciddi rol oynayan komanda özü üçün ciddi təhlükələr formalaşdıracaq güzəştlərə getməyə razı olmayacaq, İranın belə bir güzəşt addımı atmasına imkan verməyəcəklər”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
O bildirib ki, ABŞ 24 saat ərzində olmasa da, yaxın günlərdə proseslərə bir qədər daha aktiv müdaxilə etmək məcburiyyətində qala bilər: “Xüsusilə, Hind okeanı bölgəsinə, oradakı ABŞ-nin hərbi bazasına gətirilmiş B52 strateji bombardmançı təyyarələri vasitəsilə, demək olar, artıq qorunmaz halda olan, xüsusilə, İsrailin hərbi təyyarələrinin tam nəzarətində olan İran hava məkanına daxil olaraq nüvə obyektlərini, mühafizə qatlarını dağıda biləcək ağır bombaları tətbiq edə bilər. Bu da İranı daha ağır şərtlər altında müharibəni dayandırmaq məcburiyyətində qoya bilər. İndiki şərtlər hələ ki ABŞ-ni İran əleyhinə münaqişədə iştirakçıya çevirmək üçün zəruri şərtləri formalaşdırmayıb. Tramp hesab edir ki, rejimlə, “ali rəhbər” adlanan şəxslə hələ də danışmaq mümkündür və onu reallıqların şərtlərinə inandıra, bu halda ABŞ münaqişəyə qoşulmadan da proseslər yekunlaşa bilər. “Ali lider” adlanan şəxs yenə də oxşar açıqlamalar səsləndircəksə, hesab edirəm ki, ABŞ vaxtilə bölgədə əsas əlaltısı olan, son illər onun üçün cızılmış çərçivələri çoxdan aşan İran molla rejimini cəzalandırmaq üçün yaranmış hazırkı fürsəti əldən vermək istəməyəcək. Beləliklə, İsrail-İran münaqişəsinin altıncı günündə artıq kifayət qədər hər iki dövlətin mövqeyində aydınlaşmalar müşahidə olunur. İsrail və İranın bundan sonra qarşı tərəf üzərində nələrə nail olacağı ilə bağlı sular durulmaqdadır. İranın təbliğata əsaslanan “gücə” sahib olduğu bir daha meydana çıxdı. Eyni zamanda İsrailin də qısa müddət ərzində İranı diz çökdürüb, kapitulyasiyaya imza atacağı, irəli sürülən bütün şərtlərlə barışacağı vəziyyətə gətirə bilməyəcək gücə sahib olmadığı da ortaya çıxmış oldu”.