"28 May" stansiyasında BƏDBƏXT HADİSƏ —Tələbə qatar yoluna düşdü

HADİSƏ 18 iyun 2025, 10:23
Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Demokrat.az modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin  stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı sayta açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top