Kazinolar bu sahədə qiymətlərə təsir edəcək — AÇIQLAMA

TURİZM 18 iyun 2025, 16:15
“Düşünürəm ki, kazinolarla qərar çoxdan verilməli idi. Birincisi bu, ölkə iqtisadiyyatına çox böyük töhfədir. Onsuzda bu istiqamətdə qoyulan qadağa insanlarda bu sahəyə olan meylin qarşısını almır. Şans oyunlarına, lotoreyalara onsuzda kifayət qədər maraq var və hətta bu tələbatı təmin etmək üçün xarici ölkələrə, məsələn Gürcüstana gedirlər. Bu da ölkədən valyuta axınına səbəb olur. Yaxşı olar ki, öz ölkəmizdə olun. Bu, turistlərin ölkəmizə axınına da səbəb olar”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. 



O bildirib ki, kazinoların olması həmin ərazilərdə torpaq sahələrinin, xüsusən “Sea Breeze”də qiymətlərin artmasına səbəb olacaq:

“Turistlərin gəlməsi təkcə büdcəyə pulun daxil olması deyil, eyni zamanda ölkənin reklamıdır. Bu zaman ölkənin daşınmaz əmlak sektoru da reklam olunur – xarici vətəndaşlar burada əmlak almaq, uzunmüddətli kirayə, bağ evi almaq istəyə bilərlər. Bunlar daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək. İqtisadiyyata töhfə verən bütün layihələr daşınmaz əmlak bazarında dinamikliyin artmasına səbəb olur”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 iyun 2025, 18:19
Top