"Qeysəriyyə əməliyyatının ananın südünün gəlməsinə heç bir mənfi təsiri yoxdur. Mənfi tərəfi sadəcə ananın ağrıya və.s görə uşağa vaxt ayıra bilməməsi ola bilər. Qadınları doğuşa təlqin etməyimizin səbəbi də ananın tez ayağa qalxması və uşağına daha çox vaxt ayıra bilməsidir. Qeysəriyyə əməliyyatının südü azaltması inancı yalnışdır. Südü heç bir dərman vasitəsi deyil, yalnız çoxlu su içmək artıra bilir. İkinci əsas faktor isə əmmə refleksidir. Uşaq doğulan kimi ana südü verilməyə başlasa, reklektor olaraq süd artmağa başlayacaq".
Həkim bildirib ki, nəyisə bəhanə edib, süni qidaya keçəndə uşaq doyur və ana südündən imtina edir:
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
"Nəticədə refleks olmayacaq və süd artmayacaq. İlk üç gün uşağın həzm sistemi formalaşmadığına görə ana südünün yağlılığı az olsa da, su və minerallarla zəngin olur. Ancaq bəzi həkimlər uşaq anadan olan kimi süni qida verirlər ki, uşaq guya acdır. Uşaq ac qalmalıdır ki, ana südündən imtina etməsin. Süni qidanın istifadəsi firmalara və reklamlardan pul qazanan pediatrlara sərf edir. Pediatr bu baxımdan vicdanlı olmalıdır. Vətəndaşlar pediatr seçərkən diqqətli olmalıdır ki, həmin həkimin gözü reklamdan gələn pulda qalmasın".
Qeyd edək ki, bir çox klinikalarda uşaq anadan olduqdan sonra ananın icazəsi olmadan süni qida ilə qidalandırılır. Bu hal analarda narahatlıq doğurub.
Əfsanə Kamal
Demokrat.az