"Limitlərin ləğvi qiymət artımı ilə nəticələnə bilər" — Ekspert

GÜNDƏM 17 iyun 2025, 13:53
Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz.

Demokrat.az-a açıqlamasında "REAL" partiyası sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda enerji tarifləri ilə bağlı yeni mexanizmin tətbiqi gündəmə gəlib:

“Sabit tarif siyasəti çərçivəsində qaz və işıq istifadəçiləri yalnız istehlak etdikləri enerji üçün deyil, eyni zamanda aylıq abonent haqqı da ödəyə bilərlər. Bu məsələ son günlər Milli Məclisdə də müzakirə obyektinə çevrilib. Yeni təklifə əsasən, hazırda ev telefonlarında olduğu kimi, enerji təchizatı üzrə də hər bir abonent ayda müəyyən məbləğ təxminən 2 manat civarında sabit ödəniş etməli ola bilər. Bununla yanaşı, mövcud istehlak limitlərinin ləğvi də gündəmdədir. Lakin limitlərin ləğvi qiymət artımı ilə nəticələnə bilər. Hazırda məsələ ilə bağlı rəsmi qərar verilməsə də, təklifin qəbul ediləcəyi təqdirdə enerji sahəsində ikiqat maliyyə yükü formalaşacağı, xüsusilə aztəminatlı ailələrə təsirin ağır olacaq. Bir sözlə sosial müdafiə mexanizmlərinin hazırlanması vacib sayılır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top