Amerikalı sahibkar İlon Mask iyunun 14-də İran üzərində "Starlink" sisteminin işə salındığını elan edib.
Demokrat.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Şüa siqnalları qoşulub", - deyə o bildirib.
Mask bu şərhi ondan İran vətəndaşları üçün "Starlink" peyk internet sistemini aktivləşdirməyi xahiş edən istifadəçinin paylaşımının altına yazıb.
Paylaşımın müəllifi bunu "İran rejiminin tabutuna son mismarı vurmaq" üçün istəyib.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.