Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür edib

XARİCİ SİYASƏT 15 iyun 2025, 11:11
"Qırğızıstanın İrandakı səfirliyi adından bizim üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ona görə ki, təxliyəmizə kömək etdilər və bu proses yüksək səviyyədə həyata keçirilib".

Demokrat.az xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beişekeev deyib.

"Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçməyimiz təmin olunub. Yeddisi diplomat olmaqla, ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək. İki qrup halında gələcəklər. İkinci qrup isə yaxın vaxtlarda daha sonra gələcək.

İranda vəziyyət həqiqətən gərgindir. Ümidvaram ki, hər iki tərəf arasında müəyyən diplomatik danışıqlar nəticəsində vəziyyət sabitləşəcək. Mən fikirləşirəm ki, həmişə belə böhranlar qarşılıqlı şəkildə həll olmalıdır. Güc nümayişi xoşagələn hal deyil", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyun 2025, 18:31
Top