Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi “Son zəng” günü ilə bağlı növbəti çağırış edib.
Demokrat.azxəbər verir ki, məlumatda 14 iyun tarixində “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatların aprel ayından məktəblərə göndərildiyi, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparıldığı bildirilib.
“Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq.
Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır”, - açıqlamada qeyd edilib.