Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? — DSX-dan AÇIQLAMA

GÜNDƏM 13 iyun 2025, 21:30

Bir neçə gündür Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, generalın 27 yaşlı oğlu 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb. 

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Məhəmməd Quliyev DSX-nin sıralarında deyil:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top