Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə edilməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.
Mövcud qanunvericiliyə əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.
Bildirilib ki, qanun layihəsi gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır.
Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Həmçinin, bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.
Belə olduğu halda Məcəllənin "gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər" müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən ödənilməsi, bəyannaməçinin gömrük ödənişlərini ödəmək vəzifəsini istisna etmir, başqa sözlə, bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxsdir.
Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə, gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin "istənilən maraqlı şəxs" kimi qeyri-müəyyən deyil, "məsul olan istənilən şəxs" kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsi zəruridir.
Beləliklə, qanun layihəsi gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu Məcəllədə nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur.
Eyni qaydanın fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yaranacaq gömrük ödənişlərinin ödənilməsinə də şamil olunması təklif olunur.
Qanun layihəsi ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.