Bu yol BAĞLANIR — Körpü təmir olunacaq

SOSİAL 10 iyun 2025, 15:41
R-51 M-2 (336 km)-Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top