Bələdiyyə sədri həyatını itirdi — FOTO

DÜNYA 10 iyun 2025, 09:00
Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrek müalicə aldığı xəstəxanada vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.

Nazirin X sosial media hesabında verilən açıqlamasında deyilib ki, baş vermiş qəza nəticəsində xəstəxanaya yerləşdirilən və bir müddətdir müalicə alan Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, bələdiyyə sədrini bir müddət əvvəl evində elektrik cərəyanı vurduğu üçün xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi. (Referans.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 22:13
Top