
Dövlət Sərhəd Xidmətinin dünən vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı hərbçi Biləsuvarın Xırmandalı kəndində torpağa tapşırılıb.
Dəfndə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, o, bu ilin yanvarında xidmətə yollanıbmış.
Xatırladaq ki, Rasim Həsənli ötən gün xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.



