Neftimiz ucuzlaşdı

İQTİSADİYYAT 05 iyun 2025, 11:28
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 2 % azalaraq 68,47 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 69,87 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top