2035-ci ilə qədər tranformasiya edib enerji şirkətinə çevriləcəyik və portfelimizdə qarışıq enerjilər olacaq. Təbii qaz olmasa, biz sərfəli enerjiyə keçid edə bilməyəcəyik.
Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər net sıfır şirkətə çevriləcək.
“Strategiyamızı 3 məsələ üzrə quracağıq. Birinci əsas məsələ əməliyyatların karbonsuzlaşdırılması, ikinci məsələ korporativ mədəniyyətin dəyişdirilməsi, üçüncü məsələ aşağı karbonlu biznesə başlamaqdır ki, bunlardan da biri bərpolunan enerjinin istehsalı məsələsidir. Biz dayanıqlı, sərfəli, əlçatan enerjini təmin etmək istəyirik”,- deyə o bildirib.
Ə.İsayev qeyd edib ki, “SOCAR Green” şirkəti bərpaolunan enerji portfelinin hazırlanmasına birbaşa məsuliyyət daşıyır: “Ölkədə 2030-cu ilə qədər istehsal edilən enerjinin 30 faizinin bərpaolunan enerjidən əldə olması hədəflənib”.