Qusarda 41 yaşlı kişi ona borcu olan tanışını boğmaq istədi

KRİMİNAL 04 iyun 2025, 16:53
Qusar rayonunda 1984-cü il təvəllüdlü Cəlal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Rzaxana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Qusar şəhəri ərazisindəki “Atlant” ticarət mərkəzinin yaxınlığında yerləşən təkər təmiri sexinin  qarşısında baş verib. 

Cəlal sərxoş vəziyyətdə Rzaxana qarşı nalayiq ifadələr  işlədib, onun sifət nahiyəsinə zərbə yetirib.

Daha sonra o, Rzaxanın boğazından tutaraq sıxmaqla ona qarşı zor tətbiq edib, təxminən 10-15 dəqiqə ərzində orada ictimai qaydanı kobud surətdə pozmaqla xuliqanlıq hərəkətləri edib. 

Hadisəni törədən Cəlalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlal 1000 manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top