"Son zamanlar insanların süni intellektlə, xüsusilə "ChatGPT" ilə bu qədər maraqlanması bir tərəfdən düşündürücüdür. Bu, cəmiyyət üçün bir siqnaldır. Texnologiyanın həyatımıza daxil olduğu gündən bəri insanlar bir-biri ilə az ünsiyyət qurur, sevdiklərinə, yaxınlarına diqqət yetirmir. Canlı münasibətlər zəifləyib, insanlar eyni evdə olsa da bir-biri ilə danışmır, telefonlarında vaxt keçirirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
O bildirib ki, üni intellektin bu qədər maraq doğurmasının əsas səbəbləri var:
"O, insanı dinləyir, dərhal cavab verir və günün istənilən saatında mövcuddur. Bu da xüsusilə emosional boşluqda olan insanları özünə cəlb edir. İnsanlar bəzən süni intellekt qarşısında utanmadan, çəkinmədən danışa bilirlər. Bu rahatlıq hissi onları daha da bağlayır.
Lakin bu vəziyyət təhlükəlidir. Hətta mediada belə xəbərlər olur ki, insanlar süni intellektlə olan münasibətlərə görə real həyatdakı münasibətlərini pozurlar. Bu, artıq ciddi sosial problemdir.
Bütün bunlar bizə bir mesaj verir. İnsanlar canlı ünsiyyətə ehtiyac duyurlar. Ona görə də süni intellektdən istifadə müəyyən limitlərlə olmalıdır. Gün ərzində istifadə miqdarı, ünsiyyət vaxtı kimi məhdudiyyətlər tətbiq edilməlidir. Bu, insanları yenidən bir-birinə qaytara bilər və sosial münasibətləri bərpa etməyə kömək edər".
Əfsanə Kamal
Demokrat.az