“Hazırda Tarif Şurasının qərarına əsasən, 1 m² sahənin mövsüm ərzində isidilməsi üçün 30 qəpik təyin edilib. Mövcud tariflə “AzərEnerji”nin öz istilik enerjisinə görə “Azəristiliktəchizat” ASC-yə topdansatış qiyməti 3 manatdır”.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, 1 m² yaşayış sahəsinin isidilməsi üçün iki normativ var: “Biri var yeni tikilən binalar, hansı ki, 1990-cı illərdən sonra tikilərək istifadəyə verilib, onlarda müəyyən dərəcədə istilik izolyasiyaları var. Bir də 90-cı illərə qədər tikilən binalar var, onlar panel evlərdir. Normativin birində 1 m² üçün 60-80 kilovat/saat mövsüm ərzində tələb olunur. 90-cı illərə qədər tikilən binalarda isə 1 m² üçün 150-200 kilovat/saat elektrik enerjisi tələb edilir. Müəyyən olunur ki, bir ay ərzində istilik enerjsinin dəyəri hazırda 1 m²-in isidilməsi üçün 24-80 qəpik arasındandır. Amma 30 qəpik bir mövsüm üçün təyin olunub. Hazırda istilik enerjisi ilə bağlı tariflər real tariflərdən 4-13 dəfə aşağıdır”.