“Düzgün balans qurularsa, həm vətəndaş narazı qalmaz, həm də ərazi öz nizamını qoruyar” — AÇIQLAMA

GÜNDƏM 03 iyun 2025, 12:32
İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, yeni tənzimləməyə əsasən, qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.

Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlama verib.

Ekspert deyib ki, bu tip ərazilərdə hərəkətin tənzimlənməsi zəruridir:

“Həm yerli sakinlərin rahatlığı, həm də turistlərin təhlükəsiz və nizamlı ziyarəti üçün müəyyən məhdudiyyətlər qaçılmaz olur. Əgər giriş-çıxış tam sərbəst buraxılsa, həm yol hərəkətində xaos yaranar, həm də ərazinin ekoloji və tarixi baxımdan qorunması sual altına düşər. Dünyanın bir çox ölkəsində bu cür turistik və həssas ərazilərdə kvota, giriş icazəsi və nəqliyyat məhdudiyyəti sistemi tətbiq olunur. Əsas odur ki, bu məhdudiyyətlər tətbiq olunarkən yerli əhalinin ehtiyacları da nəzərə alınsın. Düzgün balans qurularsa, həm vətəndaş narazı qalmaz, həm də ərazi öz nizamını qoruyar”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top