Müasir dünyada süni intellekt (AI) sürətlə yayılır və insanların süni intellektlə qarşılıqlı əlaqəsi mürəkkəbləşir.
Yaponiyanın Vaseda Universitetinin tədqiqatçıları, emosional baxımdan insan-AI əlaqələrini öyrənmək qərarına gəliblər.
Demokrat.az xəbər verir ki, araşdırma "Current Psychology" jurnalında dərc olunub.
Bir qrup elm adamı insanın süni intellektə nə qədər emosional “bağlı” olduğunu ölçməyə imkan verən EHARS şkalası olan xüsusi texnika işləyib hazırlayıb. Məlum olub ki, bir çox insanlar dəstək və məsləhət almaq üçün süni intellektə müraciət edirlər.
Tədqiqat iştirakçılarının təxminən 39%-inin onu etibarlı və daimi yoldaş kimi qəbul etdiyi məlum olub.
Alimlər vurğulayır ki, onların işi insanların AI-ni emosional səviyyədə necə qəbul etdiyini anlamağa kömək edir. Bu bilik tənha insanları dəstəkləmək üçün “chatbot”lar və ya psixoterapiya proqramları kimi daha etik və psixoloji cəhətdən uyğunlaşan AI sistemlərinin yaradılması üçün vacibdir. Bu cür sistem istifadəçilərin fərdi ehtiyaclarını daha yaxşı nəzərə ala biləcək.
Araşdırmada deyilir ki, süni intellekt həyatımıza daha dərindən daxil olduqca, insanlar ona təkcə məlumat üçün deyil, həm də emosional dəstək üçün ehtiyac duyacaqlar. Araşdırma istifadəçilərin psixoloji rifahını nəzərə alan texnologiyalar yaratmağa kömək edəcək.
Əfsanə Kamal
Demokrat.az