Zelenski və Fidan Kiyevdə danışıqlar aparıb

DÜNYA 30 may 2025, 19:44
Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü bildirib.

Dövlət başçısının sözlərinə görə, söhbət zamanı o, Ukraynanın ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində səylərini dəstəklədiklərinə görə Türkiyə rəhbərliyinə minnətdarlığını bildirib. 

Zelenski əlavə edib ki, biz diplomatiyanın işləməsi üçün Türkiyə ilə etdiyimiz bütün işləri yüksək qiymətləndirir, Türkiyənin aydın mövqeyinə - Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl və tam dəstəyə görə minnətdarıq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top