"Taksi sürücülüyü artıq bir peşə kimi təsbit olunub. Əsas məqsədlərdən biri odur ki, taksi sürücüləri peşəkar fəaliyyət göstərsinlər. Təcrübəsi olmayan, etik qaydaları bilməyən, elementar qaydaları bilməyən sürücülər artıq taksi sürücüsü kimi çalışa bilməyəcəklər".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O bildirib ki, əsas məqsəd taksini daha keyfiyyətli və daha təhlükəsiz etməkdir:
"Cəmiyyət olaraq bizim məqsədimiz də elə budur. Ona görə də bu imtahanların keçilməsi labüddür. Düşünürəm ki, taksiyə əyləncə üçün gələnlər, məqsədsiz insanlar artıq taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Qeyd etdiyim kimi, peşəkar və təcrübəli sürücülər bu işlə məşğul olacaqlar."
Onun sözlərinə görə, son islahatlar faydalı oldu:
"İlk növbədə, taksi fəaliyyətində istismar olunan yararsız nəqliyyat vasitələri dövriyyədən çıxarıldı. Daha sonra təcrübəsiz sürücülər də ələndi və taksidə onların sayı olduqca azaldı. Getdikcə bu sayı daha da azalacaq və nəticədə daha çox peşəkar insanlar taksi sahəsində fəaliyyət göstərəcək".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirib.
Əfsanə Kamal
Demokrat.az