Bu bölgələrdə turizm qiymətləri hər zamankı kimi baha olacaq — AÇIQLAMA

GÜNDƏM 29 may 2025, 17:01
"Nəzərə alsaq ki, minimum əmək haqqı hal-hazırda 400 manat təşkil edir, bu maaşı alan insanın harasa istirahətə getməsi məntiqli görünmür. Təbii ki, bunu da nəzərə alsaq, bölgələrdə bəzi otellərin qiymətinin aşırı yüksək olması qəbul olunan hal deyil".

Bu sözləri Demokrat.az-açıqlamasında turizm məsələləri üzrə ekspert Rahib İsmayılov deyib. 

O bildirib ki, münasib qiymətə də otellər var, amma yüksək konsepsiyalı otellərin qiyməti heç də ürəkaçan deyil:

"Əsasən xarici turistlərin üz tutduğu bölgələrdə bu bahalıq özünü biruzə verir. Əslində bunun bir səbəbi də ölkəyə gələn xarici turistlərdir. Çünki, misal üçün, Dubaydan gələn bir turist üçün Qəbələdə hər hansı bir otelə bir gecə üçün 200 manat verməsi problem deyil. Düşünürəm ki, bu sahədə yerli insanları nəzərə almaq daha uyğun olar. 

Bəzi vaxtlarda və bəzi hallarda kiçik büdcə ilə hətta xarici ölkəyə də səyahət etmək olar. Hansı ki, bizim bölgələrdə olan qiymətlərdə təxminən eynidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top