"Hərdən özümə ölüm arzulayıram"

ŞOU-BİZNES 26 may 2025, 22:34

Meyxanaçı Ağamirzə Məmmədov hərdən özünə ölüm arzuladığını etiraf edib.

Axşam.az xəbər verir ki, bu barədə o, "Qapqara" yutub layihəsində danışıb. Sənətçi bunun səbəbini belə izah edib:

"Həyat mənim üçün beş dəqiqəlik bir şeydir. Buradan ora keçməkdir, vəssəlam. Hərdən özümə ölüm arzulayıram. İstəyirəm hər şeydən canım qurtarsın. Pis insanlardan, fitvalardan və daha nələrdən-nələrdən. Təkcə buradan Maştağaya gedənə qədər nə qədər adamla mübahisə edirsən ki, yoluma girmə. Amma mən etmirəm. Fikirləşirəm ki, xəstəsi var, mədəsinə sancı düşüb, fikirlidir ya da dəlidir. Qoy, getsin də. Bir az səbrli olmaq daha yaxşıdır. Həyatdır, hərdən belə düşünürəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top