Azərbaycanda milyonlarla sərmayəsi olan şirkət bağlandı, böyük holdinqə qoşuldu

İQTİSADİYYAT 26 may 2025, 17:21
Azərbaycanın iri şərabçılıq müəssisələrdindən biri olan “Caspian Coast Winery and Vineyards” MMC-nin fəaliyyətinə xitam verilib.

Demokrat.az
iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət “Top Properties” MMC-yə qoşulub.

“Top Properties” MMC “Caspian Coast Winery and Vineyards” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, “Caspian Coast Winery and Vineyards” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 9 458 024 manat, qanuni təmsilçisi isə Mollayev Fuad Rayib oğludur. “Top Properties” MMC isə 2020-ci ilə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 294 352.5 manat, qanuni təmsilçisi isə Vasif Məcnunov Əfi oğludur. 

Xatırladaq ki, ötən il F.Mollayevin qanuni təmsilçisi olduğu 3 810 550 manat nizamnamə kapitalına malik olmuş daha bir şirkət - “Caspian Coast Vinery And Vineyards-2” də ləğv olunaraq “Merit Brand”a qoşulub. 

Məlumat üçün onu da bildirək ki, “Top Properties” MMC yaranandan sonra fəaliyyətini genişləndirməyə başlayıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirmiş və uzun illər kompleksi idarə etmiş “Bakı-XXI Əsr” MMC də 2021-ci ildə “Top Properties” MMC-yə qoşulub. Ötən il “Bank Avrasiya”nın nizamnamə kapitalının 37.5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı da “Top Properties” MMC-yə satılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top