Güclü külək yalnız narahatlıq deyil, real təhlükə mənbəyidir — Ekspert

SOSİAL 21 may 2025, 14:17
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, belə hava şəraitində, xüsusilə güclü küləklər zamanı insanların təhlükəsizliyi üçün bəzi məqamlarıa diqqət etmək lazımdır:



“Avtomobil sahibləri maşınlarını ağacların altına, reklam lövhələrinin və ya tikinti ərazilərinin yaxınlığına park etməməlidirlər. Bu, həm avtomobil, həm də ətrafdakılar üçün təhlükə yarada bilər. Valideynlər güclü külək zamanı uşaqları tək çölə buraxmamalı, onları binalardan və açıq konstruksiyalardan uzaq saxlamalıdırlar. Bu cür havalarda açıq havada aparılan tikinti işlərinin dayandırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Tikinti sahələrindəki alət və materiallar sabit şəkildə saxlanmalıdır”.

Ekspert əlavə edib ki, külək nəticəsində qırılan elektrik naqilləri ciddi təhlükə yarada bilər:

“Belə hallarda dərhal aidiyyəti qurumlara məlumat verilməlidir, yaxınlaşmaq isə qəti şəkildə olmaz. Mümkün fövqəladə hallara qarşı əhalinin ilkin yardım çantası, telefonun enerjisi və zəruri məlumatları əhatə edən tədbirləri hazır olmalıdır. Yəni, güclü külək yalnız narahatlıq deyil, real təhlükə mənbəyidir. Ona görə diqqətli və ehtiyatlı olmaq həyati əhəmiyyət daşıyır”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 19:53
Top