İlham Əliyev: Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir

XARİCİ SİYASƏT 20 may 2025, 09:54
İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb.

Demokrat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, işğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub:

“Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2025, 13:24
Top