Bakının Nəsimi rayonunda əmioğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadıqları evin həyətində baş verib.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Şahin evin həyətində əmisi oğlu Rəşad ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı onun üz nahiyəsindən əli ilə iki dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, faktiki yaşadıqları ev babasının evi olduğuna görə o, əmisi oğlanları ilə birlikdə orada yaşayır:
“Hadisə günü, saat 22 radələrində əmim oğlu Rəşad bizim yaşadığımız evə qonaq gəldi və avtomobilini həyətə salması üçün darvazanı açmağımı istədi. Lakin Rəşadın burda yaşamadığına görə avtomobilini həyətə sala bilməyəcəyini dedim. Buna baxmayaraq əmim oğlu Rəşad israrla təkid etdi, ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən əsəblərimə hakim ola bilməyərək Rəşadın üz nahiyəsinə əlim ilə iki dəfə zərbə endirdim. Rəşad da əli ilə iki dəfə mənim üz nahiyəmə zərbə endirdi. Daha sonra Rəşad yerə yıxıldı və üzü dəmirə dəydi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəşadın sözlərinə görə, hadisə günü, saat 20 radələrində qardaşının yaşadığı ünvana gedib: “Həmin ünvanda babamın evi olduğuna görə orada qardaşımdan başqa digər əmim oğlanları da yaşayır. Mən idarə etdiyim avtomobili həmin ünvanın qarşısında saxlayaraq qardaşımın yaşadığı mənzilə daxil oldum. Təxminən bir neçə dəqiqədən sonra avtomobil digər şəxslərə narahatçılıq yaratdığına görə, əmim oğlu Şahinə həyətin darvazasını açmasını və avtomobilini həyətdə saxlamaq istədiyimi bildirdim. Lakin Şahin buna etiraz etdi. Orada yaşamadığımı əsas gətirərək avtomobili həyətdə saxlaya bilməyəcəyimi dedi. Bu zaman Şahin mənimlə mübahisə edərək heç bir səbəb olmadan sifət nahiyəmdən əli ilə iki dəfə zərbə endirdi. Şahinin bu hərəkətlərini gördüm və onu özümdən kənarlaşdırmaq məqsədi ilə onu əlim ilə itələsəm də, özüm yerə yıxıldım və üzüm dəmir parçasına dəydi”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az