Əhalinin NƏZƏRİNƏ — Bu gecədən etibarən...

SOSİAL 19 may 2025, 13:24
Alimlər Günəşdə vəziyyətin çərşənbə axşamı, mayın 20-nə qədər sabitləşəcəyini proqnozlaşdırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

"Günəş küləyinin parametrləri proqnozlaşdırılandan daha sürətlə azalır: son 24 saat ərzində günəş küləyinin sürəti saniyədə 600-dən 550 kilometrə, temperatur isə 600-700-dən 100-200 min dərəcəyə enib. Bundan əlavə, maqnit sahəsinin induksiyası azalır", - deyə hesabatda deyilir.

Mütəxəssislərin fikrincə, tac dəliyinin indiki yeri Yer üçün birbaşa təhlükə yaratmır.

Xatırladaq ki, bundan əvvəl Yer kürəsini maqnit qasırğası bürümüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top