TƏCİLİ! Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA

GÜNDƏM 15 may 2025, 15:23
Xəbər verdiyimiz kimi, bu ilin fevralında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edilib.

Demokrat.az
xəbər verir ki, Azər Qasımov vəzifəsini itirdikdən sonra KİV-də onunla bağlı müxtəlif məlumatlar yayımlanmağa başlanıb. 

Bildirilir ki, onun Rusiyanın Yekaterinburq şəhərində baş konsul olaraq çalışan qardaşı Sultan Qasımov bir sıra xoşagəlməz problemlərlə üz-üzə qalıb. 

Sultan Qasımovun müxtəlif şəxslərə borcunun yarım milyonu ötdüyü, Azər Qasımovun onu həmin şəxslərdən müdafiə etdiyi qeyd edilirdi. 

Demokrat.az yayılan iddialarla bağlı Azər Qasımovun özü ilə əlaqə saxlayıb. Lakin Azər Qasımov bizə geridönüş etsə də, jurnalist olduğumuzu deyən kimi danışmaq istəməyib: "Vaxtım yoxdur".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top