Bakı küçələrində oyuncaq maşın sürən kişi sürücülərə təhlükə yaratdı — VİDEO

HADİSƏ 15 may 2025, 15:07

Paytaxtın Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə sürücülərə təhlükə yaradan şəxs görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 14-də səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, orta yaşlı kişi uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş oyuncaq maşınla yolun hərəkət hissəsinə çıxaraq hərəkət edib. Belə ki, o, işıqforun qırmızı işığında yolayrıcına daxil olub və bu vaxt sola dönən sürücülərə qəza şəraiti yaradıb.

Qeyd edək ki, video sosial şəbəkədə də birmənalı qarşılanmayıb. İstifadəçilərin bir qismi sözügedən şəxsin müxtəlif ərazilərdə gördüklərini və onun tez-tez  oyuncaq maşın sürdüyünü bildiriblər. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top