"Çindən avtomobil idxalçısıyam" deyərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub.
Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakıda özünü iş adamı kimi təqdim edən və Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi tanınan şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Belə ki, vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
A.Şirvanzadənin özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satan və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi müəyəyn edilib.
Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.