Avtobusda sürücü və sərnişinlər nə üçün əlbəyaxa davaya çıxır? — VİDEO

GÜNDƏM 15 may 2025, 10:11
Avtobuslarda sərnişinlə sürücülər arasında yaşanan münaqişələrə tez-tez rast gəlinir.

Sosial şəbəkələrdə yayılan 26 nömrəli marşrut avtobusunda sürücü və sərnişin arasında baş verən qarşılıqlı təhqir səhnələri geniş müzakirələrə səbəb olub.

Maraqlıdır, tərəflər niyə bir-birini anlayıb yola getmirlər?

Sürücülər sərnişinlərin avtobusa sərxoş halda minməsindən, yüksək səslə meyxana və mahnılara qulaq asmasından narazıdırlar.

Sərnişinlər isə sürücülərin kobud və aqressiv davranışlarından şikayətlənirlər.

Tərəflər arasında yaşanan gərginliyin əsas səbəbi kimi isə hər iki tərəf qarşılıqlı şəkildə qayda pozuntularını göstərir.

Ətraflı Baku TV-nin süjetində:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top