Rüstəm Xəlilov növbəti vətəndaş qəbulunu Arbatanda keçirdi — FOTOLAR

GÜNDƏM 13 may 2025, 20:44
Rüstəm Xəlilov növbəti vətəndaş qəbulunu Salyan rayonunun Arbatan kəndində keçirib.

Arbatan kənd tam orta məktəbində keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirak ediblər. Qəbul zamanı RİH başçısı əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən kənd sakinləri dinlənilib, onların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. RİH başçısı məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top