Bu ərazilərdə qaz olmayacaq

GÜNDƏM 13 may 2025, 19:20

Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə 13.05.2025-ci il saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə Demokrat.az-a “Azəriqaz” İB-dən bildirilib.

Təmir-bərpa işləri aparılır. D. Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən 14.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsində və Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top