Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır — FAKTİKİ HAVA

GÜNDƏM 13 may 2025, 18:49
Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.

Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top