Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.
Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib.
Qonağı səmimi salamlayan Adil Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
Nazir həmçinin 2023-cü ildə dost ölkəyə səfərini, orada keçirdiyi görüşləri məmnunluqla yada salıb.
Qeyd olunub ki, mədəniyyət iki ölkənin xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərakeşli nazir Mohamed Mehdi Bensaid görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Qonaq nazir də Mərakeşlə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.