Türkiyədə "Zəngəzur" Azərbaycan Xalq Rəqsləri Ansamblı haqqında veriliş hazırlandı — FOTOLAR

MƏDƏNİYYƏT 05 may 2025, 15:52

Türkiyədə milli mədəniyyətimizi, rəqs sənətimizi təbliğ edən “Zəngəzur" Azərbaycan Xalq Rəqsləri Ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib.

Bu haqda Teleqraf-a Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə milli mədəniyyətimizi təbliğ etmək məqsədilə “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihə həyata keçirir.

Sözügedən layihə çərçivəsində Türkiyənin “TİVİ 6” telelviziya proqramının Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərən “Zəngəzur” - Azərbaycan Xalq Rəqsləri Ansamblı, onun rəhbəri, Türkiyədə milli mədəniyətimizi və rəqs sənətimizi tanıdan xoreoqraf Gülçöhrə Sangu, habelə milli musiqi alətimiz olan tar ustası, sənətçi Abdulla Qurbani qonağı olublar.

“Buketin Penceresinden” adlı tele-proqramda Azərbaycanın təkrarsız mədəniyyəti, onun qardaş Türkiyədə təbliği istiqamətində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən reallaşdırılan layihələr, milli mətbəximiz, rəqslərimiz haqqında söhbətlər olmuş və geniş məlumat verilib.

Telelviziya verilişində “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının çıxışları, Abdulla Qurbaninin rəhbərlik etdiyi “Buta Baku” instrumental ansamblının milli musiqilərimizdən ibarət ifaları səsləndirilmiş və maraqlı təqdimatlar nümayiş etdirlib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top