Naxçıvanda kafedə yanğın: Sakinlər təxliyə olundu

HADİSƏ 04 may 2025, 15:38
Naxçıvan şəhərində kafedə yanğın baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti bina 7 ünvanında qeydə alınıb.

Belə ki, binada yerləşən kafelərin birində yanğın başlayıb. Yanğın yerinə Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Bina sakinləri polis əməkdaşları tərəfindən təxliyə olunub. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top