Almaniyanın "Tagesschau" saytı, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərini geniş işıqlandırıb. Kallasın yalnız Bakıya getməsi, İrəvana səfər etməməsi Ermənistanda narahatlıq yaradıb. Erməni mətbuatı, bu addımı Azərbaycanın Aİ ilə münasibətlərdə Ermənistandan qabaqlaması kimi şərh edib.
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, son zamanlar Güney Qafqaz bölgəsində baş verən hadisələr, xüsusilə də Kaya Kallasın yalnız Azərbaycana səfəri və Ermənistana baş çəkməməsi bölgədə geosiyasi dinamikanın dəyişdiyini göstərir:
“Bu səfər Ermənistanda həm narahatlıqla, həm də həsədlə qarşılanıb. Bu hadisə, Avropa İttifaqının bölgəyə baxış bucağında Azərbaycanın ön plana çıxdığını təsdiqləyir. Son illərdə Avropa İttifaqı, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu daha da artırmaq üçün konkret addımlar atır. Ermənistanın Qərbə yönəlmək istəkləri də müşahidə olunur. 2025-ci ilin əvvəlində Ermənistan hökuməti Avropa İttifaqına üzvlük üçün rəsmi addımlar atmağa başlayıb. Lakin Avropa İttifaqının Ermənistanla əməkdaşlıq imkanları məhduddur. Bunun əsas səbəblərindən biri, Aİ-nin hazırda əsas diqqətini daxili təhlükəsizlik problemlərinin həllinə, enerji asılılığının azaldılmasına və Rusiya-Ukrayna müharibəsinin yaratdığı çağırışlara yönəltməsidir”.
Politoloq əlavə edib ki, Azərbaycan isə bu kontekstdə Aİ üçün olduqca strateji mövqe tutur:
“Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də Avropa ilə Çin arasında iqtisadi və nəqliyyat əlaqələrini təmin edən Orta Dəhlizin əsas iştirakçılarından biridir. Avropa İttifaqının Orta Asiya ilə iqtisadi əməkdaşlığını genişləndirmək niyyəti də Azərbaycanın rolunu daha da artırır. Nəticə olaraq, Aİ-nin Güney Qafqaz siyasətində Azərbaycanın mövqeyi daha da güclənib. Ermənistanla Azərbaycanın bu sahədəki imkanlarını müqayisə etmək belə mümkün deyil. Azərbaycanın enerji, nəqliyyat və geosiyasi baxımdan artan əhəmiyyəti Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinə və bu əməkdaşlığın qarşılıqlı maraqlar əsasında inkişaf etməsinə səbəb olur”.
Leyla Turan
Demokrat.az