Son illərin statistik təhlilinə əsasən, Azərbaycanda qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Maarifləndirmə sektorunun müdiri Aynur Heydərova deyib.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında bildirib ki, məişət zəminində zəhərlənmənin faizinin çox olmasına fərqli amillər səbəb ola bilər:
“Bunlar birinci növbədə qidanı hazırlayarkən sanitar-gigiyenik qaydalarına əməl olunmamasıdır. Qidalar eləcə də istifadə olunan alətlərin, bıçağın, doğrama taxtasının, qabların hər birinin hər istifadədən sonra yuyulmalıdır. Çünki qida qalığı əgər onun üzərində qalırsa və otaq temperaturunda bəzən gözlə görülməyəcək şəkildə mikroorqanizmlər sürətlə çox alır ki, bu da yeni qida doğrayarkən onun tərkibinin pozulmasına, zəhərlənməyə gətirib çıxardır. Mətbəxtə istifadə olunacaq hər bir avadanlıq mütəmmadi olaraq hər istifadədə təmizlənməlidir”.
Ekspert deyib ki, xüsusilə də ət və ət məhsullarından istifadə olunan zaman əllərin təmizliyinə diqqət olunmalıdır:
“Çiy və bişmiş qida ayrı-ayrı qablarda saxlanılmalıdır. Ət məhsulları ilə doğranılan bıçaq və taxta tərəvəzlər üçün istifadə olunandan ayrı olmalıdır. Bişirərkən mütləq ət və ət məhsulları yaxşı bişirilmiş olmalıdır. Xüsusilə yay aylarında bəzən təbiətdə piknik və yaxud açıq havada qida hazırlanır ki, bu zamanda da bir çox hallarda sanitar-gigiyenik qaydalara əməl olunmaması səbəbindən də və yaxud da düzgün bişirilməməsindən də zəhərlənmə ola bilər. Mütləq məhsulları istifadə edərkən son istifadə tarixinə baxmaq lazımdır. Eyni zamanda da açılmış məhsullarla istifadə müddətini qarışdırmaq olmaz ki, belə olan halda həmin məhsulların da keyfiyyəti aşağı düşür. Konservləşdirilmiş qidalarda zəhərlənmə faktorları daha çox olur ki, bu da yenə də həmin qaydalara əməl olunmadan hazırlanması, xüsusilə qabların, məhsulların, qapağın yeni və steril qaydada təmizləmiş olmasına diqqət etmək lazımdır. Qida zəhərlənmələrində ən həssas qrup uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlardır ki, onlar da daha çox bu məqamlara diqqət etməlidir”.
Leyla Turan
Demokrat.az