Bakıda avtomobil səkiyə çırpılıb, ölən var

HADİSƏ 27 aprel 2025, 14:27
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, Kərimov Əmirəli Hüseyn oğlu idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə avtomobil səkiyə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top