Şəhid anası vəfat etdi — FOTO

SOSİAL 26 aprel 2025, 10:10

Vətən müharibəsi şəhid olan Rüfət Şabanovun anası vəfat edib.

Demokrat.az
xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb.

Şəhidin anası Kifayət xanım dünyasını dəyişib və Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, Rüfət Şabanov 2001-ci ildə anadan olub. O, 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

1431669

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 aprel 2025, 16:53
Top