Azərbaycanda qızılcaya yoluxmalarla bağlı SON VƏZİYYƏT

SOSİAL 25 aprel 2025, 10:19
Ötən gün Texas Dövlət Səhiyyə Xidmətləri Departamenti ABŞ-nin Texas ştatının qərb hissəsini təsir edən qızılca epidemiyasında yoluxma hallarının sayının 624-ə yüksəldiyi, son 5 gündə 27 yeni yoluxma halının olduğu barədə açıqlama verib.

Bəs qızılca xəstəliyinin ölkəmizdə yayılma təhlükəsi varmı? Hazırda bu yöndə epidemioloji durum hansı səviyyədədir?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya  verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızılca xəstəliyinin sayında azalma müşahidə olunur:

“2024-cü ilin mart ayından bașlayaraq respublika ərazisində qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır. Qızılca xəstəliyinə qarsı müalicə-profilaktika müəssisələri tərəfindən planlı peyvənd işləri davam etdirilir”,-deyə nazirlikdən bildirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top