Azərbaycanda kartof bahalaşdı — SƏBƏB

SOSİAL 22 aprel 2025, 11:39
Azərbaycanda yeni mövsümün başlamasına baxmayaraq, kartofun bahalığı ictimai müzakirələrə səbəb olub. Hazırda bazarlarda kartofun qiyməti 1,7-2 manat arasında dəyişir və bunun ötən illə müqayisədə ikiqat baha olduğu bildirilir. Yeni kartof isə 4 manat civarındadır.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlərin artımına səbəb inflyasiya prosesidir:



“Bütün qiymətlər qalxırsa, kənd təsərrüfatı məhsulları istehsalçıları da və satışı həyata keçirənlər də qiymətləri qaldırır. Çünki onlar özləri də alıcıdırlar. Onlar da başqa məhsulların qiymətlərinə baxın ona uyğun addım atırlar. Yağ qalxıb, ət qalxıb onlar niyə qaldırmasınlar? 

İstehsalın səviyyəsi o qədər yüksək deyil ki daxili tələbatı da ödüyək, həm də ixrac edək. Yeni çıxan məhsulların ixrac payı var. Onlar ixrac olduca daxili bazarda qiymətlər də artır”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top