Koreya Respublikasının Səlahiyyətli İqtisadi Operatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsində Koreya Respublikasının Səlahiyyətli İqtisadi Operatorlar (SİO) Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Demokrat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov və Koreya Respublikasının SİO Assosiasiyasının (KAA) vitse-prezidenti Kim Çanq Yanqın rəhbərlik etdikləri nümayəndə heyətləri arasındakı görüş SİO sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil edilib.
Görüşdə SİO sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub, SİO Proqramına dair təqdimatlar nümayiş etdirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.