Son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatlara əsasən, aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb.
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Demokrat.az-a danışıb.
O bildirib ki, son günlərdə bank kartlarından oğurlanan vəsaitin miqdarı onu göstərir ki, kiberdələduzluq təhlükəsi realdır və bu sahədə maarifləndirməyə ciddi ehtiyac var:
“Əksər hallarda bu cinayətlər vətəndaşların özlərinin aldanaraq şəxsi məlumatlarını – CVV/CVC kodlarını, OTP şifrələrini və onlayn bankçılıq girişlərini üçüncü şəxslərlə paylaşması nəticəsində baş verir. Bank və rəsmi qurumlar bu məlumatları heç vaxt tələb etmir və vətəndaşlar bu qaydanı yadda saxlamalıdır. Kiberdələduzlar əsasən fişinq (saxta link və saytlar), sosial mühəndislik (telefonla inandırmaq) və saxta kampaniya vədləri (bonus, uduş, qazanc) ilə insanları tora salırlar. Zəng edən və ya yazan şəxs nə qədər inandırıcı olsa da, şəxsi məlumatlar paylaşılmamalıdır”.
O əlavə edib ki, saxta vebsaytlara daxil olub məlumat təqdim edən istifadəçilər bank hesablarının boşaldılması ilə üzləşirlər:
“Tövsiyə edirəm ki, vətəndaşlar yalnız rəsmi tətbiq və saytlar üzərindən əməliyyat aparsın, mobil bildirişlərdən və ikiqat təsdiq mexanizmlərindən istifadə etsinlər. Hər bir şəxsin rəqəmsal maliyyə savadlılığı artırılmalıdır, çünki bu cür cinayətlərin qarşısını yalnız texnologiya ilə deyil, insan davranışı ilə də almaq mümkündür”.
Leyla Turan
Demokrat.az