ABŞ elan etdiyi tarifləri dayandırıb. Çinə daha yüksək tariflər tətbiq etdikdən sonra qızılın qiyməti sürətlə artmağa başlayıb. Məlumatlara görə, Çində yığım məqsədilə qızıl alışı artıb. Çinin böyük həcmdə rezervləri var.
Çin qızıl alışını artırarsa, qızılın qiyməti hansı həddə qədər yüksələ bilər?
Bununla bağlı iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, qızıl haqqında proqnoz vermək çətindir:
“Artıq qızılın bir qramının qiyməti 100 dolları ötüb. Aydın idi ki, qızıla tələbat nə dərəcədə olacaq. Hazırda tələbat olduqca çoxdur. Yəni, bu da gözlənilən idi. Qiymət o zaman qalxır ki, tələb var. Qızıla da tələb olduğu üçün qalxır. Riskli iqtisadi mühiti, heterodox iqtisadi siyasətləri icra ediləcəksə qiymət də o qədər qalxacaq. Bu qaçılmazdır”.
Leyla Turan
Demokrat.az