Su basmış ərazilərdən kənarlaşdırma işləri davam edir

GÜNDƏM 16 aprel 2025, 13:43
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar su basmış ərazilərdən sular çəkilir.

Bu barədə Demokrat.az-a FHN-dən bildirilib.

"Əməkdaşlar yaşayış evlərindən və digər su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işlərini davam etdirirlər. Bununla yanaşı, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir", - məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top